یازی لار
خوش گلیب سینیز
تاريخ : دوشنبه 27 بهمن 1393 | یازار : ادمین
+0 به یه ن

ər kişi ilə başı qara

folklorik öykü

yazar: aydın yenilməz

O gecənin qaranlığında, ər kişi, ormanda sallana-sallana gəlirdi. Bərdoşlar kimi yeriyidi. Bir ayağı sağa, bir ayağı isə sola atılırdı. Hərdən düşünüb, qah-qah çəkib gülürdü. əlində ki içkini bir udum daha içib genə yoluna davam edirdi. Dünya mənimdi, hamısını aradan apardım, məndən güclüsü yoxdur deyə deyə gedirdi.

Bir ağacın dibində, başı qara böcək, yerini xoşlayıb, yatmışdı. Qarnı acmışdı. Yemək için bir yemiş tapa bilməmişdi. Birdən ər kişinin qah-qah çəkib gülməsi ilə danışması, başı qara böcəki yerindən qovzadı. Başı qara, ər kişini görüncə qaçıb bir otun altında gizləndi. ər kişi danışa danışa gəlirdi. Bütün dünyanı özünükü bilirdi. Öz geçmişini anarkən, gələcək mənimdi deyirdi. Başı qara, uzaqdan ər kişiyə baxırdı. ər kişi gəldi, gəldi birdən ucadan bağırıb yerə düşdü. Başı qara bunların hamısını uzaqdan görürdü. Qorxusundan yaxına gedə bilmirdi. Biraz dayanıb baxdı. Öz özünə dedi: bu kim dir? Nə için buraya düşdü? Bu adama nə olub? Birdən ər kişi başını qovzadı. Ürəyi bulanmış kimi, qaytarmaq istədi. Birazdan da qusdu. Bütün yeyib içdikini qusdu. əlində ki içkini yerə salıb, ölülərə oxşayarkən uzandı. Nəfəsi çıxmırdı. Gecənin qaranlığında, ormanın ortasında, yerə uzandı. Ay da gizlənmişdi o gecə. Nə gözündə görməyə güc nə əl ayağında getməyə dayaq qalmamışdır. Başı qara ər kişini ölmüş sandı. Qusaq iysi başı qaranı məst edirdi, keiyfə dolurdu…

Başı qara, ər kişinin dəbərməsini görmədi elə ona görədə otun altından çıxıb, ər kişiyə sarı getdi. Birazda yaxından durub baxdı. o, nəfəs çəkib dəbərmirdi. Başı qara öz-özünə dedi: mən acmışam, buda böyük bir tikədir. Mən təkcə yiyə bilmərəm. gedim o tayda yaşayan başı aq yoldaşımada deyim, oda gəlsin birlikdə yiyək. həm deyərəm bunu mən öldürmüşəm, beləliklə həm onların başçısı olaraç həmdə aclıqdan qurtularıq. Onda hamı məni güclü bir başı qara böcək tanıyacaq, hər nə istəsəm edəcəyəm.

Yola düşüb gedib başı aq yoldaşını tapdı. Oda bir otun altında uzanıb yatmışdı. Başı qara onu görərkən bağırdı: hey, başı ağ yoldaş, məni dinləyirsən? başı ağ bir gözünü açıb altdan-altdan başı qaraya baxıb dedi: nə istəyirsən? mən yemək tapsam öncə özüm yiyərəm. Latda nə var lütədə nə versin. Başı qara bağırıb dedi: mənə bax, mən səndən yemək almaq için gəlməmişəm. Mən özüm bir ər kişini öldürmüşəm bundan belə onu yiyəcəm, heç yüz ildə yesən belə qurtarmaz. Ama mən tək yemək istəmədim, sənidə çağırmağa gəlmişəm. başı ağ gülüb dedi: sən? nəcür bir ər kişini öldürə bildin? Mən səni tanıram, səndə o çıxar yoxdu. Başı qara biraz hən-hün eləyib dedi: bax, sən düz deyirsən mən öldürmədim ama biz ikimiz eləyə bilərik bu ormanın bütün böcəklərini qandırıb, onlara nəcür istəsək davranaq. Böcəklər kıralı olaq. Başı ağ biraz büşünüb dedi: gözəl söz deyirsən. başı qara tez dedi: onda sən o biriləri çağır gəlsin ama onlara diyərsən mən bu adamı öldürmüşəm, deyərsən ki mən tanrı göndərmiş böcəyəm.

Başı ağ durub yola düşüb getdi. Başı qara da ər kişinin yanına qayıtdı. Başı qara qorxa qorxa ər kişinin üzünə çıxıb bir diş vurdu. ər kişi dəbərmədi. Genə bir diş vurdu. Genə bir səs çıxmadı. Oturub dolu qarın yedi. Birdən başı ağın səsi gəldi. Onun dalısıca yüzlərcə xırdalı-yekəli başı ağ böcək gəlirdi. Haməsə gəlib ər kişinin yanına çatarkən, başı qara ağzını silib, bağırıb dedi: durun. Hamısı durdu. Başı ağ, ər kişinin üzünə çıxıb, başı qaranın yanına gedib dedi: hamısına demişəm bu adamı sən öldürübsən, hamı səndən qorxur. Hər nə desən ona baxacaqlar. Səni tanrı göndərmiş bir başı qara böcək bilirlər. başı qara gülüb dedi: gərəkdə elə olsun, indi qulaq ver gör mən nə diyəcəyəm.

Başı qara biraz yaxına gedib bağırdı: susun. Böcəklərin hamısı susdu. Başı qara oyan-buyana baxıb dedi: bu gündən sonra mənim sözümdən çıxan olursan, öldürüləcək. Mən tanrının yolladığı böcəkəm, mənə qarşı gələn olursa, tanrıya qarşı gəlmiş sayılıb öləcəkdir. Bu adamı mən öldürmüşəm, ona görədə bu adamən başını beynini mən ilə başı ağ yoldaşım yiyəcəyik, kimsənin yuxarı gəlməyə haqqı yoxdur. Hər kim sözümə baxmazsa öləcəkdir. Mən tanrının özüyəm. Mən tanrıyam. Bu adamı öldürmüşkən, sizi də öldürmək mənim için çətin iş dəyildir. Indi isə ayaqdan yeməyə başlayın, ama dediklərimi unutmayın.

Başı ağlar, başı qaranı alqışlayıb, sonra ər kişiyə daraşıb yeməyə başladılar. Iki yoldaşda ər kişinin üzünü yeməyə çalışırdılar. Başı qara, ər kişinin qulağından girib, beynini yemək istəyirdi. Birazdan qayıdıb başı qağa dedi: hamıya diyərsən yerə yenib adamı sağ yan üstə çevirsinlər. başı ağ da bağırıb hamıya dedi. Bütün böcəklər yerə yendilər. hamı birdən başı qaranın sözü ilə ər kişini sağ yan üstə çevirib, yenidən üstünə çıxıb, yeməyə başladılar.

ər kişi gücünü, geçmişinin nə olduğunu düşünüb, ölülər kimi yatmışdı. Başı qara beynini yeməyə başladı. Birazdan genə dedi hamı yerə yenib ər kişini sol yan üstə çevirsinlər. genə hamı yerə düşdülər. böcəklərin biri acıqlanıb yoldaşına dedi: mən daha yoruldum bu adamı sağa-sola çevirməkdən. nədən başı qara yerə yenib bizə yardım etmir, niyə o gərək beynini yiyə biz yemiyək. Yoldaşı tez qaçıb bu sözləri başı qaraya dedi. Başı qarada o böcəki çağırıb, bütün böcəklərin gözü önündə öldürdü. Başı ağlar genə başı qaranı alqışladılar. Oda bu alqışları eşidərkən, özünü tanrı biliridi. Özüdə buna inanırdı.

ər kişi hələdə yatməşdı. Gahdan böcələrin sancmasını hiss edirdi ama onları tanrı yolladığı sanırdı. Mənim bu dərdim bitsin diyə, tanrı yollamış, qurban olum sizlərə, hər nə etsəz edin haqqımdır. Sizi tanrı göndərib, qurtarın məni bu dərtdən, ölürəm. ər kişi bu düşüncələr ilə yatmışdi, ayağa durmağa daha gücü yox idi.

 Yavaş-yavaş gün çıxırdı. Başı qara ışıqdan qorxurdu. Günün doğmasını heç sevməzdi, ona görə tez-tez yeməyə başladı. ər kişinin gözünə gün ışığı dəydikcə, beyni qızışıb dəbərməyə başladı. Başı ağlar çoxdan qoyub qaçmışdılar. Başı qaradan sonra kimsə qalmamışdı, oda hələ doymamışdı genədə yemək istəyirdi. bağırıb, başı ağları daldan çağırdı, ama hamısı aclıqdan çıxmışdılar, daha kimsə başı qaranı saymırdı.

Gün çıxdıqca ər kişinin başından məstliq uçurdu. Indisə gün bütüvlüklə çıxmışdı. ər kişi bütün gücünü toplayıb durub yerindəcə oturdu. Başı hələ dönürdü. Üzündəki böcəki tutub yerə atıb, üstündən bir yumruq vurdu, böcək yerə batdı. Hər yerini böcəklər yemişdi. Hər yerindən qanlar axırdı. Ama genədə ayaqa qaxmağı başardı. Durub yavaş-yavaş evinə-elinə döndü.

   





گؤنده ر 100 درجه کلوب دات کام گؤنده ر     بؤلوم لر: اؤیکو
آرشیو
سون یازی لار
یولداش لار
 
سایغاج
ایندی بلاق دا : نفر
بوگونون گؤروشو : نفر
دونه نین گؤروشو : نفر
بوتون گؤروش لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش لار :
یازی لار :
یئنیله مه چاغی :