یازی لار
خوش گلیب سینیز
تاريخ : دوشنبه 27 بهمن 1393 | یازار : ادمین
+0 به یه ن

Qocaman arvad

Yazan: Aydın-Y

Çillə günlərinin biri idi. Külək, qapı-pəncərəni bir birinə vururdu. Gündüz yenicə başlamaqda idi. Qoca arvad yalancı yuxudan oyanıb, ayaqa qalxdı. Yamaqlı çadrasını başına salıb, balaca kasasınıda əlinə alıb, otaqından eşikə çıxdı. Öncə az qalmışdı külək qocaman arvadı yıxsın. Amma o neçə illər idi belənci küləklərə alışmışdı. Bu küləklər aparısı dəyilidi. Yavaş-yavaş yola düşüb getdi. Gündəki yerinə çatarkən, oturub, kasasını önünə, yolun kənarına qoyub, çadrasını üzünə çəkdi. Hava çox soyuq idi. Elə buna görədə, xiyabanda çox adam yox idi. Hamı maşınla gəl-get edirdilər. Qocaman arvad baxdı uzaqdan bir saqqallı kişi əlində isə bir uzun təsbeh yaxınlaşmaqdadır. Qocaman arvadı görərkən, əlini cibinə salıb, çətinliklə bir sarı beş tümənlik çıxarıb, qoca arvadın kasasına saldı. Beş tümənlik kasada fırlanırdı. O kişidə dil altı sözlər diyə-diyə uzaqlaşdı.

Qocaman arvad geçmişləri anırdı. Uşaqlığlnda atasının yanında oturub, beyninə gələn sorğu-sualları soruşardı. Atasıda başarıb-bildikcə o sorğulara cavab verirdi. Bir çağda, anasının qucağında ağlarkən yatardı...

Atası əlində isti çərk, hər axşam gəlirdi. Anasl isə paltarlarını yuyub, ona layla çalardı. Bir çağda "Əli" ilə evlənməkini anırdı. Toy çağları, nə gözəl anlar idi. Oğlu " yaşar" yenicə dünyaya gəlmişdi. Hamı sevinirdi. Amma heyif özü ilə oğlu yalnız qalmışdılar.

Elə bu düşüncədə idi, ayrı beş tümənlik səsi, onu özünə gətirdə. Qocaman arvad beş tümənliklərə baxaraq, yenə xayal dünyasına qayıtdı.

Oğlu yaşarı anırdı. Yaşar, indisə Tehranda işləmək zorunda idi. O "saray" ilə evlənmək parası toplamaq için, tehrana getmişdi. Qocaman arvad, təkcə otağinda oturmuşdu, birdən bir ayaq səsi eşitdi. Oğlunun ayaq səsini tanırdı. Cəld yerindən atılıb, qapıya sarı yönəldi. Oğlunu qucaqlayıb, öpüb, içəri gətirdi. Onun üçün çay dəmləyib, tez evlənmək sözünü araya çəkdi. Yaşar, utancaqdan qızarıb dedi:

-         ana, doğrusu gəlmişəm səni saraya elçi göndərəm...

Anası sevinckdən ağlayıb dedi:

- anan sənə qurban olsun oğlun. Neçə ildir bu sözün eşitməyini gözləyirdim. Mənim gözün üstə oğlum. Yubatmadan bu axşam sənin üçün elçi gedib, sarayı özümə gəlin edərəm...

Axşam oldu. Qocaman arvad, öz baxışında yeni, bahalı olan paltarlarını geyinib, saray gilin evlərinə sarı getdi. Bir-iki sahat danışıqdan sonra, sevinə- sevinə qayıdırdı. Elə bil dünyanı almışdı. Gülə-gülə yaşarı qucaqlayıb dedi:

- sarayı aldım, sarayı aldım, yarından toy başlayacaq.

Yaşar sevincəkdən anasının əlini öpdü. Qocaman arvad gedib bir bucaqdan bir kisə pul çıxarıb, yaşara verib dedi:

- gəl oğlum, bu pulları sənin için saxlamışam. Gəl, buda mənim toy qızılım, rəhmətlik atan mənə almışdı. Gəl apar bu qızılları sat, özünə toy elə...

Yaşar pul ilə qızılları alıb, bazara sarı getdi...qocaman arvad öz baxışında yeni- bahalı olan paltarlarını geyinib, toyda oynayırdı. Yaşar sarayın əlindən tutmuşdu, gəlirdilər. Sarayın ata-anasıda oynayırdılar...

Həmən uzun saqqallı kişi, əlində bir uzun təsbeh qayıdırdı. Qocaman arvada yaxınlaşarkən, güc ilə əlini cibinə salıb, yenə bir sarı beş tümənlik çıxarıb, kasaya saldı. Sonra oturub dedi:

- xanım, isti evimiz var, gəlirsən mi? ...

Bu beş tümənlik, qocaman arvadın kasasında üçüncü beş tümənlik idi. Amma o, uzanıb yatmışdı. Gözləri gülə-gülə kasadaki beş tümənliklərə baxırdı. Kiprik vurmadan, nəfəs almadan, bədəni buz bağlamışdı. Amma gözlərində hələ yaşarın toyu idi.     





گؤنده ر 100 درجه کلوب دات کام گؤنده ر     بؤلوم لر: اؤیکو
آرشیو
سون یازی لار
یولداش لار
 
سایغاج
ایندی بلاق دا : نفر
بوگونون گؤروشو : نفر
دونه نین گؤروشو : نفر
بوتون گؤروش لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش لار :
یازی لار :
یئنیله مه چاغی :