یازی لار
خوش گلیب سینیز
تاريخ : دوشنبه 27 بهمن 1393 | یازار : ادمین
+0 به یه ن

Qanadsız göyərçinlər

Iran əsgərləri Ariya-Ariya bağırıb, üşaqlara atəş açırdılar. Bir səhər axşam, elin "Aysuda"sı daşnaqların əlindən qurtulub, qaçmışdı. O,  yolları ürəkinin qanı ilə suvara-suvara gəlmisşdi.

əsgərlərdən deyirdi. Son nəfəsin sonunda, ayaqa qalxmasından deyirdi. Mənim gözlərim dolarkən, damarlarımda ki qan utanırdı. O, birlikdən, döyüşdən danışırdı, mən isə sevincdən,  ağlamaqdan... .

savaş və intiqam düşüncəsi qoca kişini sarmışdı. O,  qızların ölümündən danışırdı, deyirdi ki əmcəkləri kəsdilər... .

əlimdəki qanlı çiçəki "Aysuda"ya verdim. Incə əlini əlimin üstünə qoyub, savaşcıl gözlərilə mənə baxdı. Yarasından hələ qan axırdı. Tər hər yerini bürümüşdü. Ama əlinin istisi mənə isti duyğular bağışlayırdı.

Bir an sonra, qoca kişinin göz yaşını əlimdə hiss etdim. əlini əsə-əsə bizim əlimizin üstünə qoydu. Bu qoca kişi, yaşının son çağlarında, hələdə ürəyi el "Aysuda"sı için çarpırdı.

Birdən göyərşinlər uçdular. Daşnaqlar bizə sarı gəlirdilər. Araz qızararkən, qırmızı ətəkində, çörpələri su üzündə saxlamışdı. Biz nə iş görməliyik? Nə əlimizdə silah, nə arxamızda yardımçı... .

Arazın o tayından ancaq ağlamaq, bağırmaq səsi gəlirdi. O tayda ki qizlarda"Aysuda" kimi silahsız, basqı altındaidilar."Aysuda" əlini əlimizdən çəkib, biraz göyərçinlərə baxdı. Dedi:

- gəlin daşları toplayaq.

Məndə "Aysuda"ya tərəf yardıma getdim. Qoca kişi dedi:

- otayda ki qızları görürsünüz? Onlarda daş toplayırlar bəlki iran əsgərlərinin qabağını alsınlar.

Göyərçinlər dahada yaxınlaşdılar. El "Aysuda"sı bütün gücü ilə daşları daşnaqlara sarı atırdı. Daşların biri daşnaqlara dəysə idi, doqquzu göydə parçalanırdı. Ama "Aysuda" yirmisin atırdı. Qoca kişi isə bizim için daş toplayırdı.

Mən ilə "Aysuda" daşları daşnaqlara sarı atırdıq. Otayda ki qızlar bizi alqışlayaraq, iran əsgərlərini daşlayırdılar. Neçə sahatdan sonra, daha göydə göyərçin uçmurdu. elin "Aysuda"sı, əlində qanlı bir daş, dodaqında isə VƏTƏN sevgi damlası ilə mənə sarı gəlirdi. Danışmaqa gücü yox idi.

Qoca kişi yorğunluğu çıxsın deyə, uzanmışdı, göyün tüstü-dumanına baxırdı. "Aysuda" məni qucaqlayıb, öpdü. O anda neçə qanadsız göyərçin yerə düşdü. Mən əllərimdə istiliyi hiss etdim.

elin "Aysuda"sı dönüb bütün gucu ilə daşı meşəyə sarı atdı. Daş, daşnaqlara dəymişdi. "Aysuda" mənə sarı dönüb, gülümsəyib, yerə düşdü. Otayda ki qızlar ağlayırdılar. "Aysuda"nı qucağıma alıb, arazın otayına getmək istədim... .

yazar: aydın yenilməz





گؤنده ر 100 درجه کلوب دات کام گؤنده ر     بؤلوم لر: اؤیکو
آرشیو
سون یازی لار
یولداش لار
 
سایغاج
ایندی بلاق دا : نفر
بوگونون گؤروشو : نفر
دونه نین گؤروشو : نفر
بوتون گؤروش لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش لار :
یازی لار :
یئنیله مه چاغی :